Hərbiçi olmaq istəyənlərin nəzərinə


18:46     27 İyul 2015 1437985165681332686_1000x669.jpg

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilir


2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu üçün müsabiqə elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, müsabiqədə 2015-ci ildə DİN-in Polis Akademiyasında və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasında xüsusi həkim komissiyasından keçmiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 150 və daha yüksək bal toplayan 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvafiq hərbi ixtisaslarla yanaşı, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası və leytenant hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 28-dən avqustun 4-dək Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət edə bilərlər.

Məlumat üçün əlaqə telefonları: (012)-513-65-07, (012)-560-27-00.

Açar sözlər:

Oxunub: 2053