ATƏT PA-nın büro iclası keçiriləcək


20:36     23 Aprel 2015 atet%20pa%20pl.jpg

Danimarkada ATƏT Parlament Assambleyasının büro iclası keçiriləcək. İclasda büro katibliyinin fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq, bəzi qətnamə layihələri və digər sənədlərə dair müzakirələr aparılacaq.

Milli Məclisin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki,deputat Azay Quliyev iclasda iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq.

Səfər çərçivəsində deputat təşkilatın “Helsinki+40” mövzusunda keçiriləcək seminarında da iştirak edəcək.

Açar sözlər:

Oxunub: 328