Prezidentdən Qərib Məmmədovla bağlı sərəncam

19:36     09 Yanvar 2017 qerib%20memmedov.jpg

Azərbaycan prezidenti İlham Əliyev Qərib Şamil oğlu Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, Q. Məmmədov Azərbaycanda aqrar elmin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Qərib Məmmədov I çağırış (1996) Milli Məclisinin deputatı, 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olub.

Açar sözlər:

Oxunub: 8524