Xalq Cəbhəsi niyə parçalanır?


22:33     27 İyul 2015 10714258_580951032050125_1967110693393263718_o.jpg

Son günlər müxalifət düşərgəsində vəziyyət bir qədər də gərginləşib. Bu baxımdan AXCP də işlər daha da acınacaqlıdır.


Qurultay öncəsi partiyada qruplararası savaş açıq müstəviyə keçib. Partiya daxilində gedən savaşın növbəti hədəfi isə Əbülfəz Qurbanlı olub. İyulun 8-ində sözü gedən partiyanın sədr müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib. O, istefasının səbəbləri haqqında heç bir açıqlama verməsə də, əslində partiyadaxili qruplaşmalar arasında gedən münaqişənin qurbanı olduğu məlumdur. Partiya daxili mənbələrdən KİV- ə verilən məlumata görə Ə.Qurbanlının istefasının səbəbi AXCP ali məclisinin sədri Həsən Kərimovla arasında baş verən mübahisə olub. Belə ki, iyulun əvvəlində partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin AXCP-nin Qazax rayon şöbəsində hesabat yığıncağı öncəsi rayon təşkilatının fəalları ilə görüşü nəzərdə tutulmuşdu. Bu görüşə partiya rəhbərliyindən sədr müavini Əbülfəz Qurbanlının və Ali Məclisin sədri Həsən Kərimovun getməsi razılaşdırılsa da, sonradan Həsən Kərimov iyulun 4-də Əbülfəz Qurbanlıdan xəbərsiz Gözəl Bayramlı ilə birlikdə rayona gedərək, 26 dayaq dəstəsindən yalnız 9-nun rəhbəri ilə görüşüb. Məlumata görə, bu görüşdə daha çox Həsən Kərimova yaxın şəxslərin qurultaya nümayəndə seçilməsi məsələsi həll olunub. Əbülfəz Qurbanlının toplantının ondan xəbərsiz keçirilməsi ilə bağlı etirazına isə sədr Əli Kərimli laqeyd qalıb. O, Ə.Qurbanlını güzəştə getməyə çağırıb. Vaxtilə partiyanın gənclər komitəsinin sədri olmuş Ə.Qurbanlının istefası partiya rəhbərliyi ilə gənclər arasındakı qarşıdurmanın kəskin xarakter aldığını və hətta rəhbərlikdə təmsil olunanlardan gənclərin mövqeyini dəstəkləyənlərə qarşı açıq mübarizəyə keçdiyini göstərir. Ə.Qurbanlının istefası digər tərəfdən Ə.Kərimlinin muavinləri ilə bağlı problemini hələ də çözə bilmədiyini ortaya çıxarır. Nəzərə alsaq ki, Əbülfəz Qurbanlı istefa verən 5 –ci müavindi, o zaman aydın olur ki, Əli Kərimli özünə müavin təyin etdiyi şəxslər ondan da, partiyadan da imtina edir.

Qeyd edim ki, daha öncə Fuad Mustafayev və İbrahim Vəliyev ardınca isə Asəf Quliyev və Razi Nurullayev partiya sədrinin muavini vəzifəsindən və partiyadan istefa verib. Həmçinin partiya sədrinin bir neçə müşaviri də istefaya gedib. Bu istefadan sonra AXCP-də ümumiyyətlə müavin və müşavir vəzifələri ləğv olunsa daha yaxşı olar. Onsuzda partiya bir nəfərin fikri ilə idarə olunur bu partiyada alternatif düşüncəyə yer yoxdur. Hər zaman demokratiyadan dəm vuran Əli Kərimli əslində, partiya avtokratiyası yaradıb.

Görəsən, AXCP-dən məhz müavin təyin edilən partiya üzvləri istefa edir?

Burada Azərbaycan dövlətçiliyinə qarşı dağıdıcı fəaliyyətlərinə görə, aldıqları qrantların uğrunda gedən çəkişməni və bu qrandların partiya sədri və müavinləri arasındakı ədalətsiz bölgüsünü vurğulamaq lazımdır. Düzdür, istefa verən müavinlər qrandlarla bağlı heç bir açıqlama verməsə də, bunu başqa səbəblərlə izah etməyə çalışıblar. Əli Kərimli və onun ətrafında olan bəzi insanların əsas məqsədi müxalifətçilik monopoliyası və qara pullar qazanmaqdır. Bu gün partiya daxilində olan ayrı-ayrı qüvvələrin bir-birilə apardığı münaqişənin təzyiqlərin məqsədində də bu durur. Ötən il Qrant haqqında qanuna dəyişiklik edilməsindən sonra QHT-lərin fəaliyyəti və onların maliyyə şəffaflığı ilə bağlı qanunvericilikdə ciddi məsələlər qaldırıldı, boşluqlar yeni əlavə maddələrlə dolduruldu. Amma yenə də radikal müxalifət, o cümlədən, AXCP şəffaflıqdan ciddi şəkildə yayınmaqda davam edir və öz maliyyə mənbələrini gizli saxlayır. Elə bu kimi səbəblərdən Əli Kərimlinin rəhbərlik etdiyi bu partiya xalq arasında nüfuzdan çoxdan düşüb ona görə də partiyanın Xalq Cəbhəsi adlandırılması və xalq adından nəyəsə iddia etməsi də düzgün deyil. Hazırda bu partiyanı qrant cəbhəsi adlandırsaq daha düzgün olardı.

Ramil Hikmət

Açar sözlər:

Oxunub: 1262