Osmanlı sultanının nəticəsi Nyu Yorkda dəfn olunub


17:41     10 Yanvar 2017 osman_osmanoglu__1001173.jpg

Osmanlı İmperiyasının 31-ci sultanı Sultan Əbdülməcidin nəticəsi, xanədanın 44-cü başçısı Osman Bəyazid Osmanoğlu Nyu Yorkda dəfn edilib.


Femida.az xəbər verir ki, ABŞ-da 93 yaşında vəfat edən O.Osmanoğlunun dəfn mərasimində Osmanlı ailəsinin və türk icmasının üzvləri iştirak ediblər.

1924-cü ildə Parisdə anadan olan sonuncu xanədan başçısı uzun illər Nyu York kitabxanasında çalışıb.

ABŞ-da "Mister Bəy" kimi tanınan O.Osmanoğlu 2009-cu ilin sentyabr ayında İstanbulda vəfat edən Osman Ərtoğrul Əfəndidən sonra xanədanın başçısı olmuşdu.

Osmanlı ailəsinin yeni başçısı Suriyanın paytaxtı Dəməşqdə yaşayan Dündar Əfəndi olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1710