İmtahanlardan keçməyən oğlanların nəzərinə


23:15     27 İyul 2015 tqdk9.jpg

2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu üçün müsabiqə elan edilir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Femida.az-a verilən məlumata görə, müsabiqədə 2015-ci ildə DİN-in Polis Akademiyasında və MTN-nin Akademiyasında xüsusi həkim komissiyasından keçmiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməyən 150 və daha yüksək bal toplayan 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvafiq hərbi ixtisaslarla bərabər “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 28-dən avqustun 4-dək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət edə bilərlər.

Açar sözlər:

Oxunub: 1728


Oxşar xəbərlər