Hindistanda silahlı insident: 6 ölü


23:54     27 İyul 2015 atışmaa.jpg

Hindistanda silahlı şəxslər bir sıra obyektlərə hücum ediblər, 6 nəfər ölüb


Hindistanda silahlı şəxslər polis məntəqəsinə hücum ediblər.

Femida.az-ın “The Hindu” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Pəncab əyalətinin Dinanaqar şəhərində baş verib.

Hərbi geyimdə olan terrorçular yolun kənarındakı dükana atəş açdıqdan sonra yaxınlığdakı avtomobili qaçırıblar. Sonra onlar şərnişin avtobusu ilə yerli poliklinika binasını atəşə tutublar. Terrorçuların növbəti hədəfi polis məntəqəsi və polis əməkdaşlarının ailə üzvlərinin yaşadığı ev olub. Cavab atəşi susdurulduqdan sonra onlar geri çəkilməyə məcbur olublar və yaxınlıqdakı boş binada mövqe tutublar.

Hadisə yerinə Nyu-Dehlidən xüsusi təyinatlı dəstələr, habelə hərbi helikopterlər cəlb olunub.

Hazırda atışma davam edir. Terrorçuların hücum qurbanlarına gəldikdə isə 6 nəfərin öldüyü məlum olub. Onların arasında 3 qadın, poliklinikanın gözətçisi və iki polis əməkdaşı var.

Terrorçuların hücumu ilə paralel olaraq Patankot-Qurdaspur dəmir yolunda partlayıcı maddələrin aşkarlandığı xəbəri yayılıb. Məlum olub ki, naməlum şəxslər dəmir yolu xəttinin keçdiyi körpüyə 5 bomba qoyublar. Mütəxəssislər artıq həmin bombaları zərərsizləşdiriblər.

Hələlik baş verənlərə görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Hindistanın xüsusi xidmət orqanları “Laşkar-e-Taiba” hərəkatından və Pakistan kəşfiyyatından şübhələnir./apa/

Açar sözlər:

Oxunub: 771