Onu edam gözləyir – Məhkəmə qərarını verdi

11:08     11 Yanvar 2017 160804-dylann-roof-jsw-1231p_f4ca8bc3b09260c2f82c1be9a2a44542.nbcnews-ux-2880-1000.jpg

ABŞ-da Afrika əsilli amerikalıların getdiyi kilsədə 9 nəfəri öldürən Dilan Ruf ölüm cəzasına məhkum olunub.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün təşkil olunan və 3 saat davam edən məhkəmə Dilan Rufa ölüm cəzası verib. Məhkəmədə 12 hakim iştirak edib ki, bunların da 3-ü afrika əsilli amerikan hakimlər olub.

Qeyd edək ki, Dilan Ruf ötən ilin 17 iyununda sözügedən kilsədə “Qadınlarımıza təcavüz edirsiniz, ölkəmizi əlimizdən alırsınız, rədd olub gedin!” deyə qışqıraraq 9 nəfəri güllələnib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1513