Hərbiçilərimiz Əfqanıstana getdi - SƏBƏB
15:31 11 Yanvar 2017
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 41 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.
Femida.az
Oxunub: 3689
Oxşar xəbərlər
- Hərbiçilərimiz beynəlxalq yarışda iştirak edir
- Hərbiçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək
- Hərbiçilərimiz Əfqanıstana gedir (FOTO)
- Hərbiçilərimiz Türkiyəyə gedir
- Hərbiçilərimizə ingilis dili öyrədiləcək
- Hərbiçilərimiz beynəlxalq tədbirlərə qatılacaqlar
- Hərbiçilərimiz beynəlxalq tədbirdə
- Hərbiçilərimiz beynəlxalq tədbirdə