Dovşan ovladığı üçün tutuldu - Sabirabadda


16:30     11 Yanvar 2017 bunnies_19.jpg

Sabirabadda qanunsuz ov edən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 10-da Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində rayon sakini Ağamoğlan Muxtarov qanunsuz ov etdiyi üçün Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "İJ-17" markalı ov tüfəngi və 8 ədəd dovşan götürülüb.

Açar sözlər:

Oxunub: 2173