Biləsuvardakı ana ölümünün səbəbi araşdırılır

18:43     11 Yanvar 2017 sehiyye%20n.jpg

Səhiyyə Nazirliyi Biləsuvarda baş vermiş ana ölümünə aydınlıq gətirib.


Nazirlikdən bildirilib ki, zahılıq dövrünün 34-cü günündə Biləsuvar rayonunda məskunlaşmış Cəlilabad rayon sakini Fehruzova Amidə Füzuli qızı göndərişlə Respublika Klinik Xəstəxanasına 10 yanvar 2017-ci il tarixində daxil olub və həyata keçirilən müalicə tədbirlərinə baxmayaraq 11 yanvar 2017-ci il tarixində dünyasını dəyişib.

Hadisə Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə komissiya” tərəfindən araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 662