Mütəşəkkil dəstəyə ağır cəza

17:36     11 Yanvar 2017 1398947325_mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavahir Babayeva və Fuad Məmmədbəylinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin kökmü ilə C.Babayeva 8 il, zamində olan təqsirləndirilən şəxs F.Məmmədbəyli isə 7 il müddətinə azadlıqdan məhrum edilib. F.Məmmədbəyli məhkəmə zalından həbs edilib.

İttihama görə, təqsirləndirilən C.Babayeva tanışı F. Məmmədbəyli ilə birlikdə xalası qızı Zahidə Hüseynovanın 49 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1201