23 yaşlı oğlan atdan yıxıldı - Vəziyyəti ağırdı

19:16     11 Yanvar 2017 xestexana9.jpg

Şəki sakini atdan yıxılıb.


Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) Femida.az-ın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 1994-cü il təvəllüdlü Vahab Elşad oğlu Salamov qapalı kəllə-beyin travması və sol təpə nahiyəsinin cırılmış yarası ilə xəstəxanaya daxil olub. 23 yaşlı V. Salamov yaşadığı kəndin yaxınlığındakı meşə zolağında atdan yıxılaraq xəsarət aldığını bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən V. Salamovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 655