Bakıda siqaret kötüyü yanğına səbəb oldu


23:32     11 Yanvar 2017 1484139998_15895259_1398211203536210_4377830091710635849_n.jpg

Hadisə Xan Şuşinski küçəsində qeydə alınıb.


Şahidlərin sözlərinə görə, yanğının baş verməsinə səbəb yaxınlıqdakı binadan aşağı atılan siqaret kötüyüdür. Belə ki, havanın küləkli olması qısa zamanda yanğının böyüməsinə səbəb olub.

Hadisə zamanı yaxınlıqdakı avtomobillərin yanma təhlükəsi yaranıb. Əraziyə FHN yanğınsöndürənləri cəlb olunub və qısa zamanda yanğın söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1320