`Haqqımda yalan məlumat yayıblar` - SOCAR-ın vitse-prezidenti


02:30     12 Yanvar 2017 xalq%20memmedov%20azvision.jpg

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov istintaqa cəlb olunması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.

Femida.az -ın məlumatına görə, X.Məmmədov bu məlumatı yayan jurnalistlərin məsuliyyət daşıdığını diqqətə çatdırıb: “Bir neçə elektron kütləvi informasiya vasitələri heç bir əsası olmayan, məsuliyyətsiz, əsassız və yalan məlumat yayaraq mənim guya istintaqa cəlb olunmağımla bağlı işgüzar fəalyyətimə, şərəfimə və ləyaqətimə xələl gətirə biləcək məlumat yayıblar. Guya ki, mən Baş Prokrurluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsində istintaqa cəlb olunmuşam. Bu xəbəri yayan informasiya vasitələrinin rəhbərlərini, yazının müəllifini məsuliyyətə çağırır, onların yoxlanılmamış məlumatı yaymaqda hansı hüquqa zidd hərəkət etdiklərini özlərinə xatırlatmaq istəyirəm. Yəqin ki, jurnalist bununla bağlı istintaq aparan orqandan həqiqəti öyrənməli və sonra ictimailəşdirməli idi. Bu, onun borcudur və buna görə məsuliyyəti var”.

SOCAR rəsmisi daha sonra qeyd edib: “Tutduğum mövqeyə və daşıdığım vəzifə öhdəliklərinə görə mən jurnalistlər üçün həmişə açıq olmağa və onların suallarını cavablandırmağa çalışmışam. Bu xəbərlə bağlı isə mənə heç kim müraciət etməyib. Düşünürəm ki, bu xəbəri çap edənlər, onu saytlarında yayanlar hüquqi məsuliyət və cavabdehlikdən xəbərsiz deyillər. Hesab edirəm ki, jurnalist etikasına yaraşmayan və məhkəməyə gətirib çıxarda biləcək bu hərəkətlərindən çəkinsinlər. Mən hal-hazırda növbəti əmək məzuniyyətindəyəm və tam təsadüf üzündən bu xəbəri oxumuşam”.

Açar sözlər:

Oxunub: 4020


Oxşar xəbərlər