AŞPA həmməruzəçiləri Bakıya gəldi


14:19     12 Yanvar 2017 aspa%20meruzecileri.jpg

AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana gəlib.


Bu barədə Femida.az-a Avropa Şurasının Bakı nümayəndəliyindən məlumat verilib.

Yanvarın 14-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.

Həmməruzəçilərin vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayan siyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 939