2 otaqlı ev yandı

10:57     12 Yanvar 2017 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Tovuz rayonunda vətəndaşa məxsus evdə yanğın olub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, Tovuz rayonu, Əyyublu kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin mətbəxinin lambirdən ibarət tavanı 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 735