Qadın qaz sobası yerinə özünü yandırdı
15:20 12 Yanvar 2017
Ağcabədidə 58 yaşlı qadın ağır yanıq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Hadisə rayonun Xocavənd qəsəbəsində baş verib. Yaxınlarının köməkliyi ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İbrahimova Zəhra Müzəffər qızına bədənin müxtəlif nahiyələrində 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.
Xəstəxanadan bildirilib ki, Z. İbrahimovanın səhhəti ağır olduğundan paytaxtdakı xəstəxanalarından birinə göndərilib. Yaxınlarının sözlərinə görə, Z. İbrahimova qaz sobasını yandırarkən ehtiyatsızlıqdan özünü yandırıb.
Ağcabədi rayon Prokurorluğundan APA-ya hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Femida.az
Oxunub: 1371
Oxşar xəbərlər
- Qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi
- Qadın ağrıkəsici dərmandan zəhərləndi
- Qadının başını qırxıb qabırğasını sındırdılar - (VİDEO)
- Qadın məhkəmə zalından həbs edildi
- Qadın qulluqçu işlədiyi evdən oğurluq etdi
- Qadını vurub qaçan sürücü tutuldu
- Qadın İrandan Azərbaycana alt paltarında narkotik keçirmək istədi
- Qadın özünü su kanalına ataraq intihar edib
- Qadını maşınla vurub qaçdı
- Qadın çantaları oğrusuna 10 il hökm oxundu