İlham Əliyevin nazir müavini təyin etdiyi şəxs kimdir?


15:28     12 Yanvar 2017 metin.jpg

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Mətin Eynullayev təhsil naziri Mikayıl Cabbarovun müavini təyin olunub.


Femida.az yeni nazir müavini təyin olunmuş Mətin Eynullayevlə bağlı qısa bir araşdırma aparıb.

Əldə etdiyimiz məlumata görə, Mətin Eynullayev bu vəzifəyə qədər İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində hüquqşünas və Təhsil Nazirliyində aparat rəhbəri vəzifəsində çalışıb. Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan bir qədər sonra Mətin Eynullayev nazirliyin aparat rəhbəri vəzifəsinə gətirilmişdi.

Mətin Eynullayevin nazir Mikayıl Cabbarovun tələbə yoldaşı olduğu da tez-tez səslənən faktlar arasındadır. Onların Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində birgə oxuduqları iddia olunur.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5025