İki institutuna yeni direktor təyin ediləcək


16:30     12 Yanvar 2017 amea0.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bəzi elmi müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.


AMEA-dan Femida.az-a verilən xəbərə görə, seçkilər nəticəsində Humanitar Elmlər Bölməsi üzrə Folklor İnstitutu və İctimai Elmlər Bğlməsi üzrə İqtisadiyyat İnstitutuna yeni direktorlar təyin olunacaq.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər. Namizədlərin irəli sürülməsinə dair müvafiq sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə təqdim edilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1018