Xırdalan və Hökməli ışıqsız qalıb

12:59     12 Yanvar 2017 isiq.jpg

Yanvarın 12-də Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kv-luq “Hökməli” hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kv-luq “BQF” hava elektrik verilişi xəttində və 6 kv-luq “Saray №2” hava elektrik verilişi xəttində yenidənqurma işləri aparılacaq.


“Azərişıq” ASC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, adıçəkilən ərazilərin elektrik enerjisi təchizatında bu gün saat 12.00-dan 15.00-a qədər qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 797