Karlovun qatili adsız qəbiristanlıqda dəfn olunacaq


16:30     12 Yanvar 2017 basliksiz-1-kurtarildi-1482225014.jpg

Rusiya səfiri Andrey Karlovu Ankarada qətlə yetirmiş keçmiş polis işçisi Mövlud Mərt Altıntaş adsız qəbiristanlıqda dəfn olunacaq.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, meyit morqdan 15 gün əzində təhvil alınmalı olduğu halda, hələ də orada qalır. Məlumata görə, yaxınları onun meyitini qəbul etməkdən imtina ediblər. Bu səbədən Altıntaşın meyiti dəfn olunması üçün bələdiyyə nümayəndələrinə təqdim ediləcək.

Qeyd edək ki, yanvarın 10-da Rusiya səfiri Andrey Karlov sərgi zalında qətlə yetirilmişdi. Ona güllə atan Mərt Altıntaş isə zalda olan başqa polisin açdığı atəş nəticəsində zərərsizləşdirilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 3988