Ölkədə 2 milyondan çox abonent qazla təmin olunub


17:19     12 Yanvar 2017 1432729161_qaz.jpg

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.


Femida.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib. 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.

1 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq, təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1210