Rusiya NATO-ya cavab verdi
14:21 28 İyul 2015
Rusiya NATO-nun onun sərhədlərindəki fəallığının artmasına cavab olaraq özünün Arktika və Antarktikadakı hərbi dəniz donanmasını gücləndirəcək.
Femida.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib. Onun sözlərinə görə, Rusiyanın bu planları yeni hərbi doktrinada da öz əksini tapıb.
“Donanmaya yeni buzqıran gəmilər veriləcək. Arktika regionu Rusiyaya Atlantik və Sakit okeanlara məhdiddiyyətsiz giriş verir” - Roqozin əlavə edib.
Yeni doktrina Sakit okeanda Çinlə, Hind okeanında isə Hindistanla daha sıx əməkdaşlığı nəzərdə tutur.
Baltik dənizində prezident Vladimir Putinin iştirakilə keçirilən mərasimdə cənab Rozqozin deyib ki, “diqqət iki istiqamətə - Arktika və Antarktikaya yönəldiləcək”.
"Atlantika istiqamətinə diqqət belə bir faktla bağlıdır ki, orada NATO-nun istensivləşmiş fəaliyyəti müşahidə olunur və alyans, sərhədlərimizə yaxınlaşır. Rusiya Federasiyası heç şübhəsiz ki, buna cavab verməlidir” – Roqozin deyib.
Mərasim Rusiyanın böyük hərbi dəniz donanması bazası olan Baltiyskdə keçirilib. Bu baza NATO üzvü olan Polşa və Litvanın arasında yerləşən Rusiya ərazisi Kalininqrad şəhərində yerləşir.
Rusiyanın Arktika layihələrinə rəhbərlik edən Dmitri Roqozin həmçinin deyib ki, Krımda və Sevastopolda yaranmış vəziyyət də Rusiyanın yeni donanma doktrinasına təsir edib.
Roqozin deyib ki, Rusiya Aralıq dənizində özünün hərbi mövcuddiyyətini bərqərar edəcək, Krım və Sevastopolun iqtisadiyyatına investisiyalar yatıracaq.
Oxunub: 949
Oxşar xəbərlər
- Rusiya aviabazasına böyük zərbə - Suriyada
- Rusiyada kütləvi dava - Azərbaycanlı ağır yaralandı
- Rusiyada yaşayan azərbaycanlı alim vəfat etdi
- Rusiyada qəza: 10 nəfər ölüb
- Rusiya səfirininin ölümü ilə bağlı HƏBS QƏRARI
- Rusiyada həmyerlimiz 12 il azadlıqdan məhrum edildi
- Rusiya polisi `Lotu Quli`ni axtarır
- Rusiya Kamçatkada yeni ordu yaradır
- Rusiya Mərkəzi Bankının sədri ABŞ-ı hədələdi
- Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu - VİDEO