Universitetin 5 dekanı işdən çıxarıldı


20:17     16 Yanvar 2017 diller1.jpg

Azərbaycan Dillər Universitetinin (ADU) 5 dekanı vəzifəsindən azad olunub.


Femida.az-ın xəbərinə görə, müvafiq qərarla Pedaqoji (ingilis dili və alman dili üzrə) fakültənin dekanı Vəfa Babayeva, Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültənin dekanı Fikrət Cahangirov, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Filologiya və jurnalistika fakültəsinin dekanı Sevda Vahabova və Tərcümə fakültəsinin dekanı Vilayət Hacıyev tutduqları vəzifədən azad olunublar.

Dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 1063