Yataqxanada yanğın olub
13:17 17 Yanvar 2017
Bu gün Bakı şəhəri, Sabunçu rayonunda dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində sahəsi 10 m² olan mətbəxdə 7 m² sahədə məişət əşyaları və 3-cü mərtəbəsində otağın döşəməsi 0,5 m² sahədə və 1 ədəd yataq dəsti qismən yanıb.
Femida.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05.35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 1354