Hafiz Hacıyevin şortikli jurnalistlə müsahibəsi - FOTOLAR


20:52     30 İyul 2015 t3tr79.jpg

“Elza Seyidcahana şeirə görə təşəkkür edirəm”

Hafiz Hacıyev: “Bəzi partiya sədrləri eynicinslilərin qanununa görə qonaqlıq verdi”


Son günlər Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin “Bakıda şortik geyinən kişilərin qıçasına “kislota” tökmək lazımdır” sözləri gündəmi alt-üst edib. Hafiz Hacıyevlə şortikdə görüşüb müsahibə almaq istədik. Elə partiya sədri ilə zəngləşib görüş təyin etdik. Bir neçə saat sonra isə partiyanın qərargahında olduq. İçəri daxil olanda şortikdə gəldiyimi görüb gülümsədi. Narazılıq etməsə də, məmnun da görünmürdü: “Əşi, şortikdə gəlmisən, eybi yox”- deyərək bizə yer göstərdi. Beləcə müsahibəmizə başladıq.

Hafiz müəllim, ümid edirəm ki, şortik geyinib gəldiyim üçün üstümə “kislota”tökməzsiniz.

-Yox, etməyəcəm. (Gülür) Mənim indiki davranışım böyük bir tolerantlıqdır. Böyük bir mədəniyyətdir ki, bu gün mənim qarşımda hörmətli bir jurnalist bu fomada dayanıb. Mən fikrimi deyirəm. Kim riayət edəcəksə, etsin. Fikir azaddır. Sən də fikrini deyə bilərəsən. Hər bir fikrə hörmətlə yanaşmaq lazımdır. Demirəm ki, dənizdə çiməndə geyinməsinlər, şalvarlı çimsinlər. Yəni, deyirəm ki, ictimai yerdə- restoranda, bulvarda geyinmək olmaz. Sanatoriyaya gedəndə geyinmək mümkündür. İctimai yerlərdə yox. Bu söhbəti bağlayaq.



- Amma qərərgahınıza şortikdə gəlmişəm. Bura da ictimai yerdir.

-Açığı deyim ki, biz gənclər təşkilatına göstəriş vermişik ki, bu məsələdə çox da radikallıq göstərməsinlər. O insanları müəyyən dərəcədə çalışıb başa salmaq lazımdır. Mən sözümü deyirəm. Hər halda mənim sözüm də qanun deyil. Sən istəyirsən köynəyini də çıxarıb, lüt də gəzə bilsərən. Lap, Mozombikdəki kimi. Bu sənin şəxsi fikrindir. Amma mən buna qarşıyam. Qarşıyam deyəndə ki, mən kiminsə gedib basıb gözün çıxarmalıyam?! Məni istəyən gənclərlə fikir mübadiləmiz olub. Məni dəstəkləyənlər də deyib ki, həqiqətən də düz deyil.

- Ancaq sizin özünüz də şortikli şəkiliniz ortaya çıxıb. Deməli sizdə geyinirsiniz.

-Bəli, mənim şəklimi yayıblar. Sanatoriyaya müalicəyə gedirəmsə, həkim mənə resept yazır ki, 11-dən 12-nin yarısına kimi vanna qəbul etməliyəm. Ora mən nə geyinib getməliyəm ki? Puşlat geyinməliyəm? Cins şalvarla dənizə girməliyəm? Orada şortik geyinmək lazımdır. Yəni oranın tələbi odur. Gedib indi ölən adamın yerində mollanın əvəzinə orkestr vura bilmərik ki.

-Hafiz müəllim, gündəmə dair açıqlamalarınız olur. Bu isə bir anda gündəmi zəbt edir. İnsanlar da hesab edir ki, siz bu açıqlamaları bilərəkdən edirsiniz.

- Bəzən mənə bu sualı verirlər ki, ermənilərin fəallaşdığı dövrdə sizi öyrədib ortaya salıblar ki, gündəmi dəyişəsiniz. Amma əsla belə deyil. Gündəmi dəyişmək istəmirəm. İstəyirəm ki, gündəmdə ölkəni narahat edən məsələlər də qalsın. Ancaq, heç kimin günahını boynuma da götürəsi deyiləm. Mən qardaşıma sadiq bir adamam.

-Hafiz Hacıyev siyasətə gəlməyinə görə kimə minnətdardır?

- Ali məktəbi bitirəndən sonra rayon komsomol işində işləmişəm. Rayon komitəsində təşkilat şöbə müdiri, II katib, I katib işləyədə siyasətlə məşğul idim. Komsomolun özü bir siyasət idi. Açığı deyim, Əbülfəz Elçibəylə tanış olandan sonra bütün varlığımla xalq hərəkatına qoşuldum. Mənim siyasətə gəlməyimdə Elçibəyin rolu böyük olub. Ömrümün 25 ilini siyasətlə məşğul olmuşam.



- Dünya liderlərindən kimi bəyənirsiniz?

- Türkiyə prezidentinin mövqeyi məni çox qane edir. Millətinin xeyrinə hesablanmış siyasət aparır. Görürsünüz, onu da sıxırlar. Daxildə terror baş verir. Onu da edən xarici dövlətlərdir. 5-10 il bundan qabaq borc alan dövlət indi borc verir. Bunu da heç bir dövlət qəbul etmir. Qərb ölkələri çalışırlar ki, bütün dünyanı əllərində saxlasınlar. Əldə saxlamaq istədikləri dövlətlərə kredit verib asılı saxlayırlar. Bir as çəkəcəm, təbii ki, məni top atəşinə tutacaqlar. Məsələn, mənim Belarusun prezidenti Lukaşenkoya böyük hörmətim var. Bu qədər dünya dövlərtlərinin Belarusa basqısının qabağında, Belarusdakı əmin-amanlığı çox yüksək qiymətləndirirəm. Təbii ki, media deyəcək ki, Hafiz Hacıyev diktatoru müdafiə etdi. Millət üçün yumruğunu stola vurmaq lazımdır, bir balaca qanunlardan da yan keçmək olar. Bəzən demokratiya deyilən o məhfuma çox pay ayırmaq lazım deyil. Ona görə də, Avropada diktator kimi adı çəkilən Lukaşenkoya da böyük hörmətim var. İstərdim ki, Saakaşvili kimi cəsarətli prezidentlər çox olsun. Düzdür, o prezident deyil. Ukraynada qubernatordur.

-Bəzən, sizin çıxışlarınızı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimr Jirinovski ilə oxşadırlar. Sizcə, Jirinovski necə siyasətçidir?

- Dəfələrlə bu suala cavab vermişəm. İndi daha geniş cavab vermək istəyirəm. Jirinovski millətini, vətənini, rus dövlətini sevən siyasətçidir. Rusiya dövlətinin inkişafında Jirirnovskinin böyük xidmətləri var. Mənə də deyirlər ki, Hafiz Hacıyev Jirinovskidir. Mən də milətimi sevirəm. Mən də sözü, nöqsanı birbaşa üzə deyirəm. Nöqsanların gələcəkdə təkrar olmaması üçün əlimdən gələni edirəm. Bəzən bu həyatımda mənfi izlər buraxır. Hafiz Hacıyevi dollar deyil ki, hamı sevsin. Mən Jirinovski olmaq istəmirəm. Əgər millət deyirsə eybi yox, qəbul edirəm. Millət deyirsə inkar edə bilmərəm.




-Növbəti parlament seçkilərində namizdəliyinizi irəli sürəcəksiniz?

-Bəli, iki-üç ay bundan öncə partiyamızın parlament seçkilərində iştirak etməsini müzakirə etmişik. Artıq biz ilkin seçkilər də keçirmişik. Gizlincə öyrənmişik ki, kimlərin hansı regionda nüfuzu genişdir. Qaldı ki, mənim özümə, mən öz yerimi qətiləşdirimişəm. Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm.

-Gününüzün neçə saatını partiya qərərgahında keçirisiniz?

-Açığı səhər saat 10-dan axsam 8-ə kimi partiya qərərgahında işləyirik. Bizim işimiz həddindən artıq çoxdur. Biz çox gərgin işləyirik, bizim partiya işlək pariyadır. Partiyada görüşlərimiz intensivləşib. Rayon, qadın, gənclər təşkilatları ilə görüşlərimiz olur. Biz daha çox xalq arasında olmağa üstünlük veririk. Bazara da mağazalara da gedirik. Xalqın gur olan yerlərini gəzirik. Çalışırıq ki,ictimaiyyətin fikirlərini dinləyək. Bizim təbliğat qruplarımız var ki, xalq arasında fikir formalaşdırmağa qadirdir. Məsələn, metroda, dənizkənarı bulvarda oturan insanlar arasında təbliğat-təşviqat üzvüləri gedib onların arasında oturataq polemika yaradır. Yəni, bizim partiya işləyir.




-Hafiz Hacıyevin açıqlamaları şou-biznes xəbərlərindən daha çox səs-küyə səbəb olur. Sizcə, bunun səbəbi nədir?

-Buna səbəb Hafiz Hacıyevin sözün düzünü deməsi, haqq-ədaləti deməsidir. Bilirisiniz, siyasətdə heç kimi stəmir ki, qınağa tuş gəlsin. Hafiz Hacıyev pis-yaxşı dünyada tanınmış siyasətçidir. Üç dəfə prezidentliyə namizəd siyasətçi olmuşam və telekanallarda da, aparılan debatlarda həmişə həqiqəti demişəm. Mənim qədər xalq arasında tanınan ikinci partiya sədri yoxdur. Bəzən mən xarici dövlətlərə səfər edəndə görürəm ki,məni tanıyırlar. İstər müxalifət, istərsə də, iqtidar olsun mən həmişə sözün düzünü demişəm. Təbii ki, həqiqəti deməyə də hər adam cəsarət etmir. Məmurlar ordusu var ki, bunların rüşvətxorluğunu, övladlarının pozğun həyat keçirməsini açıq ortaya qoymuşam. Məni saytlarda söyürlər. Ancaq məni müdafiə edənlər də var. Gərək, insanların qəlbinə girəsən, şou yaratmayasan. Millət o millət deyil. İndi xalq həqiqət arxasınca getmək istəyir. Əgər, mənim bir çağrışım olsa, ölüsü 20-30 min insanı bir anda meydanlara yığaram. O vaxt hələ yetişməyib. Yetişəndə onu da edəcəm. Millətimə, xaqlıma minntədaram ki, mənim hər fikrimə çox böyük reaksiya verir. Hər xəbərimin 50-60 mindən çox oxucusu olur. Mən ölü siyasətçi deyiləm.

-Şortik geyinənləri mühafizəkarcasına yandırmaq istəyirsiniz. Həm də liberal olduğunuzu deyirsiniz.

- Mən hər zaman liberal dəyərlərə üstünlük vermişəm. Bilirsiniz, mühafizəkarlıq bəzən çox böyük çatlar verir. İstədiyinə nail ola bilmirsən. Siyasətdə çox manevr etmək daha böyük divident gətirir. Məsələn, Avropa liderlərinə baxın. Radikallıq, mühafizəkarlıq heç bir partiya sədrinə divident gətirməyib. Biz hər şeyə qara deyə bilmərik. Amerikada eynicinslilərin evlənməsi ilə bağlı qanun qəbul olundu. Qanun qəbul olunanda bizim bəzi partiya sədrləri böyük qonanqlıq verdilər. Yəni həqiqəti deyirəm. Bizim mentalitetimiz var. O gün xaricdən bir geylərin nümayəndəsi olan artist də gəlib. Bizimkilər də cumub öpürmüşlər. Adı da Əzizdi... Camaat səhnəyə qalxıb lüt kişi ilə oynaşırdı.

- Rauf Arifoğlu Müsavatdan istefa verdi. Həmçinin, əməkdar jurnalist adı da aldı.

- O, 5-6 il öncə etdiyi xidmətə görə ordenini aldı.




- Boş vaxtlarınızda nə edirsiniz? Kitab oxuyursunuzmu?

-Yox, vaxtım yoxdur ki, roman oxuyam. Bütün günümü partiya işinə həsr edirəm.

-Sosial şəbəkələrdən istifadə edirsiniz?

-İstifadə edirəm. Amma müavinlərə tapşırmışam. Öz səhifəm var və idarə edirəm.

-Azərbaycan estradasında bəyəndiyiniz insanlar var?

-Heç kimin adını çəkmiyəcəm. Bəyəndiyim insanlar var. Adını çəksəm deyəcəklər Hafiz Hacıyevin onlarla sıx təmasdadır.

-Ən azından birinin adını çəkə bilərsiniz.

-Yox, adını çəkməyəcəm ona görə ki, mənim adım qalmaqallıdır. Aktyorlar arasında məni də parodiya edən Coşqunla Rəfaeli bəyənirəm.

- Parodiyalarını bəyəndinizmi?

-Onların yaradıcı qabiliyyətləri var . Onlara böyük hörmətim var. Elələrini irəli buraxmaq lazımdır. Qoy, millətimiz bu yöndə də inkişaf etsin.

- Elza Seyidcahan sizə şeir həsr edib.

- Çox sağ olsun. Minnətdaram. Yazıbsa, nə deyə bilərəm?! İstəyirlər söysünlər, istəyirlər təhqir etsinlər. Siyasətçinin səbri, hövsələsi olmalıdır. Elza xanıma da can sağlığı arzu edirəm.

-Hafiz Hacıyevin sədrlik etdiyi partiyada onun davamçısı varmı?

- Çoxdur. Bəlkə də məndən də qabiliyyətli bizim partiya üzvləri var ki, mənim yerimi tutmağa layiqdilər.

Sonda təşəkkürümüzü bildirib, Hafiz Hacıyevdən xatirə üçün şəkil çədirmək istəyirik. Hafiz Hacıyev şortikdə olduğuma görə, mənimlə şəkil çəkdirməkdən imtina edir.


Oğuz Altay
Fotolar: Nuran Məmmədov

Femida.az

Açar sözlər:

Oxunub: 25458