Sabunçuda partlayış - Ev yiyəsi yaralandı


18:12     17 Yanvar 2017 partlayis%20yangin.jpg

Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib.


Femida.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, hadisə nəticəsində evin pəncərələrinin şüşələri sınıb, içəridəki əşyalar yanıb. Yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1204