Abdulla Abdullayev barəsində həbs qərarı verildi


00:00     29 İyul 2015 Abddd.jpg

İŞİD-in azərbaycanlı “İstanbul əmiri” barəsində həbs qərarı verilib


İstanbulda keçirilən anti-terror əməliyyatları zamanı saxlanılan 15 nəfərdən 5 nəfəri barədə həbs-qətimkan tədbiri seçilib, 10-u isə sərbəst buraxılıb.

Tutulanlardan 3-ü İŞİD, 2-si PKK terror təşkilatının üzvü olmaqda təqsirləndirilir. Barəsində həbs-qətimkan tədbiri seçilənlərdən biri Azərbaycan vətəndaşı Abdulla Abdullayevdir. Abdulla Abdullayev özünü İŞİD-in “İstanbul əmiri” kimi təqdim edib.

Qeyd edək ki, ötən həftədən Türkiyədə genişmiqyaslı anti-terror əməliyyatları başlayıb. İndiyədək yüzlərlə şəxs saxlanılıb və onlarla şəxsin barəsində həbs-qətimkan tədbiri seçilib./apa/

Açar sözlər:

Oxunub: 1090