Kamil Zeynallını hansı cəza gözləyir – VİDEOŞƏRH


21:06     17 Yanvar 2017 kamil%20z.jpg

Tanınmış müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynallının sosial şəbəkələrdə yayılan videosu geniş müzakirələrə səbəb olub.


Onun işlətdiyi “Bu qədər qadınları söymüşəm, amma nəsillərində bir nəfər kişi yoxdur ki, qabağıma çıxsın. Çünki onların nəsillərində kişi yoxdur. İnstaqramda yazan kişilər də qeyrətsiz və şərəfsizdilər” kimi ifadələr sosial şəbəkə istifadəçilərinin ciddi etirazı ilə qarşılanıb.

Femida.az Kamil Zeynallının istifadə etdiyi həmin ifadələrin hansı hüquqi məsuliyyətə səbəb olacağını araşdırıb.

Vəkil Anar Qasımlı hesab edir ki, sözügedən videoda təhqiramiz ifadələr səslənir:

“Təhqir dedikdə şəxsiyyətin şərəf və ləyaqətinin qəsdən alçaldılması başa düşülür. Cinayət hüququnda təhqir bundan ibarətdir. Sözügedən videoda müəyyən təhqiramiz ifadələr səslənir, lakin konkret ünvan göstərilmir. Yəni tamaşaçı konkret kiminsə təhqir olunmasından nəticə çıxara bilmir. Ola bilsin, kimsə özünün təhqir olunduğunu nəzərdə tutur. Bu, artıq başqa məsələdir. Belə olan halda şəxsin xüsusi ittiham qaydasında məhkəmədə şikayət qaldırmaq hüququ var. Təbii ki, iş üzrə son söz məhkəmənindir. Yəni məhkəmə müvafiq ekspertizalar təyin etməklə səslənən fikirlərin insan şərəf və ləyaqətinin alçaldıb-alçalmayacağını təyin edəcək. Bundan sonra həmin fikirlərin kimə aid olduğunu aydınlaşdıracaq. Deməzdim ki, həmin ifadələr kimisə cinayətə sövq edir. Görünür ki, sözügedən şəxs video vasitəsilə kimlərəsə aqressiv cavab verir. Lakin burada cinayətə sövq etməkdən söhbət belə gedə bilməz”.



Ceyhun Əhmədli
Montaj: Oğuz Altay

Femida.az

Açar sözlər:

Oxunub: 9671


Oxşar xəbərlər