Yanğın nəticəsində 24 nəfər ölüb


03:31     29 İyul 2015 839a586ca2bd5de8529de4bff36dbee0.jpg


Misirin Əl-Ubur şəhərində mebel fabrikində güclü yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 24 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.

Məlumata əsəsən, günün birinci yarısında başlayan yanğın müəssisənin böyük ərazisini əhatə edərək onlarla fəhlənin binanı tərk etməsinə imkan verməyib.

Misir səhiyyə nazirliyindən bildiriblər ki, xəstəxanalara ağır vəz
iyyətdə çatdırılan yaralıların bir neçəsinin həyatını xilas etmək mümkün olmayıb.

Açar sözlər:

Oxunub: 939