Türkiyə parlamentində saçyoldu - VİDEO


15:06     20 Yanvar 2017 tbmm%20sacyoldu.jpg

Türkiyə Böyük Millət Məclisində HDP-li və AKP-li qadın millət vəkilləri arasında dava düşüb.

"Daily Mail" bildirir ki, konstitusiyaya dəyişikliklərin təklif edildiyi əsnada icazə almadan kürsüyə çıxan və qolunu mikrofona qandallayan millət vəkili Aylin Nazlıakaya digər qadın vəkillər müdaxilə ediblər. Bundan sonra müzakirə böyüyüb və dava başlayıb. Bəzi qadın vəkillər bir-birlərinə hücum ediblər.

Aylin Nazlıakanın qandal etirazına son vermək istəyən qadın millət vəkili Gökcen Özdoğan Enç bəzi qadın və kişi vəkillər tərəfindən xəstəxanalıq edilib.

Videonu izləmək üçün şəklə klikləyin:



Femida.az

Açar sözlər:

Oxunub: 1216