Ermənistanda atom elektrik stansiyasında qəza olub


13:23     22 Yanvar 2017 metsamor.jpg

Ermənistanda atom elektrik stansiyasında qəza baş verib.


"İnterfaks" agentliyinin verdiyi xəbərə görə, bu barədə Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan deyib.

Onun sözlərin görə, yanvarın 21-də atom elektrik stansiyasının enerji təchizatı yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.

Sardaryan bildirib ki, qəza nəticəsində üçüncü enerji bloku operativ qaydada işə düşü və elektrik enerjisini çatışmaması Gürcüstandan təmin edilib. Baş nazir müşavirinin sözlərinə görə, axşam saatlarında qəza aradan qaldırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3493