Təhsili pula dəyişən 10 məşhur - SİYAHI


22:12     29 İyul 2015 okulu-terk-eden-en-zengin-unlu-isimler-700x4571.jpg

Bəzi insanlar üçün təhsil vaxt itkisidir. Onlar bir an həyata atılıb işləməyi arzu edirlər. İnsanın gələcək karyerası üçün təbii ki, ali təhsil almaq çox faydalıdır. Lakin fitri istedadlı məşhurlar bu zəhmətə girmir.


Əslində bunu günümüzün məşhurları üçün də demək olar. Bir çox dünyaca məşhurlar heç də ali məktəb məzunları deyillər, amma bu onlara nəhəng kompaniyalar yaratmağa, milyon və milyardları qazanmağa maneə olmayıb.

Femida.az karyeraları üçün təhsilini yarımçıq qoymuş məşhur insanları sizə təqdim edir:

10. LEDİ QAQA - 220 milyon dollar



Düynanın ən məşhur və ekstravaqant müğənnilərindən biri olan Ledi Qaqa Manhattanda “Müqəddəs Ürək” qadın monastır məktəbinin şagirdi olub. Məktəbi bitirdikdən sonra Nyu- York Universitetinə daxil olsa da, karyerası üçün universiteti ikinci kursda yarımçıq qoyaraq mahnı oxumağa başlayıb.

Sevilən müğənni 220 milyon dollarlıq sərvətə sahibdir.

9. ELLEN DECENERİS - 285 milyon dollar



Təhsilini yarıyolda qoyan məşhur amerikalı şoumen Ellen Deceneris lezbian olması ilə gündəmə gəlib. O televiziyada lezbian obrazını canlandıran ilk aktrisa kimi də tarixə düşüb. LGBT haqlarının müdafiəsinə çalışan Ellen, Nyu-Orlean Universitetində jurnalistika fakültəsinə daxil olub. Ancaq o karyerasına başlamazdan əvvəl universiteti yarımçıq qoyub.
Məşhur aparıcı “Ellen şou” proqramına başladıqdan sonra 285 milyon dollar dəyərində sərvət əldə edib.

8. RASSL SİMONS - 325 milyon dollar



Def Jam musiqi janrının yaradıcısı olan Rassl Simons da təhsilini karyerası üçün tərk edən məşhurlardandır. O karyerasının başlanğıcında Nyu-York şəhər kollecini yarımçıq qoyub. 325 milyon dollar sərvətə sahib Simons, hip- hop tərzinin ən zəngin adlarından biri olaraq tanınır.

7. TOM HENKS - 390 milyon dollar



Amerikalı aktyor və prodüser Tom Henks dünyanın ən varlı aktyorlarından biri hesab edilir.
Gənc yaşlarında aktyorluq məharəti və güclü yumor hissi ilə ətrafdakıları ələ almağı bacaran Tom Henks Kaliforniya Universitetinə qəbul olur. Lakin Klivlenddə çıxış edən kiçik teatr truppasından dəvət alan kimi Tom təhsilini yarımçıq qoyur.

"Oskar" mükafatlı aktyorun varidatı 390 milyon dollardır.

6. TAYQR VUDS - 600 milyon dollar



Dünyanın ən çox qazanan idmançılarından biri hesab edilən Tiger Woods Stanford Universitetində dünya iqtisadiyyatı fakültəsində oxuyurdu. Lakin öz ixtisasına heç həvəsinin olmaması və bütün marağının qolf oynuna olması onu universitetə əlvida deməyə və golf oynu ilə məşğul olmağa məcbur etdi. Hazırda onun 600 milyon dollarlıq sərvəti var

5. CEYMS KAMERON - 700 milyon dollar



Ceyms Kameron Kanadada dünyaya göz açmış, lakin ailəsi ilə birlikdə Kaliforniyaya köçmüşdür, burada Fullerton universitetinin Psixologiya fakültəsinə qəbul olunmuş, lakin bir müddət sonra universitetdən qovulmuşdur. Universitet həyatı ilə vidalaşdıqdan sonra o bir ofisiant qızla ailə qurmuş və yük maşınlarının sürücüsünə çevrilir. Lakin “Ulduz müharibələri” filmini seyr etdikdən sonra o rejissor olmağa qərar verir və bu gün onun “Titanik” və “Avatar” filmini Azərbaycanda demək olar ki, izləməyən adam yoxdur.

Sərvəti 700 milyon dollardır

4. OPRA UİNFRİ - 3 milyrad dollar



Dünyanın ən zəngin qadınlarından olan Opra Uinfri Missisipidə kasıb ailədə doğulmasına baxmayaraq 19 yaşında ikən televiziyada ilk afroamerikalı müxbir olub. Məktəbin ən yaxşı şagirdi olan Opra natiqlik yarışmasını qazanır və bununla da Tennessi Əyalət Universitetində oxumaq üçün təqaüd əldə edir. Opra 17 yaşında olanda Naşvilldəki yerli radio stansiyasında bir pyesi səsləndirdikdən sonra onu aparıcı olaraq işə qəbul edirlər. Universitetin ikinci kursunda oxuyarkən təhsilini yarımçıq qoyaraq xəbər dalınca qaçır.

Sərvəti: 3 miyrad dollar

3. STİV COBS - 10.2 milyard dollar



İş həyatındakı ən şanslı insanlardan, universitet həyatında isə ən şanssız tələbələrdən biri Stiv Cobs olmuşdur. Dünya Stiv Cobsu interneti insanların cibinə gətirən dahi adlandırır. Bu şəxs dünyada məşhur "Apple" şirkətinin qurucusu idi və çoxdan canlı əfsanəyə çevrilmişdi.
Təhsil aldığı Ric Universitetinə daxil olsa da təhsil haqqını ödəyə bilməməsinə görə universitedən kənarlaşdırılır. Universitetdən qovulduqdan sonra o, özünə olan inamını itirməmiş "Apple", "Next Computer", və "Pixar" şirkətlərini yaratmışdı.
2011-ci ildə dünyasını dəyişən Stiv Cobsun 10.2 milyard dollar sərvəti var idi.

2. MARK ZUKERBERQ - 34.8 milyard dollar



Universitetdən kənarlaşdırılmış, ancaq bu gün ən zəngin olan insanlardan biri də məhz Mark Zukerberqdir. Dünyanın ən məhşur sosial şəbəkəsi olan "Facebook" -u o, universitet yataqxanasındakı otağında olarkən yaratmış və qısa zaman ərzində ona olan marağı və sevgini gördükdən sonra təhsil aldığı Harvard Universitetini tərk etmiş və sırf sosial şəbəkənin işləri ilə məhşur olmuşdur.

Hazırda Facebook ona milyonlar qazandırır. Sərvəti təxminən 34.8 milyard dollardı.

1. BİLL QEYTS - 79.3 milyard dollar



Bill Qeyts bu gün dünyanın ən zəngin adamlarından biridir. Atası vəkil, anası isə pedaqoq olan Bill 1973-cu ilin payızında Harvard Universitetinə daxil olur. Tələbə olduğu ilk illərdə universitetin ən avara tələbəsi kimi tanınır. Cəmi iki sonra o kolleci ataraq, özünün uşaqlıq dostu ilə birlikdə “Microsoft” kompaniyasının əsasını qoyur. İndi isə o, Harvard Universitetinin tarixində məzun ola bilməyən ən varlı şəxs kimi qalır.

Hal Hazırda 79.3 milyard dollar sərvətə sahibdir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 4173