QHT rəhbəri Sülh Platformasına qoşuldu


17:44     23 Yanvar 2017 mishel.jpg

“Qafqazın Qovuşma Nöqtəsi” adlı qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Mişel İvor Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Femida.az APA-ya istinadən xəbər verir ki, Mişel İvorun bununla bağlı yaydığı bəyanatda deyilir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından mən - Mişel İvor bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 1020