İŞİD-in “maliyyə naziri” öldürüldü


04:12     30 İyul 2015 isd%20nazir1067013989.jpg

İraqın Əl-Fəluca şəhərində İŞİD terror qruplaşmasının “maliyyə naziri” öldürülüb.


Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Əl-Həşd Əş-Şəabi” könüllü hərbi təşkilatın polkovniki Comax əl-Cəmili məlumat verib.

“Bu gün İŞİD-in “maliyyə naziri” kimi tanınan İbrahim Yassam Fazax Əl-Fəluca şəhərində snayper tərəfindən öldürülüb”, - əl-Cəmili jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, bundan əvvəl İraqın Hərbi-Hava Qüvvələri Əl-Fəlucanın İŞİD-dən olan qondarma merini hava zərbəsi nəticəsində məhv edib.

Açar sözlər:

Oxunub: 715