Ermənistanda növbəti etiraz dalğası


05:26     30 İyul 2015 99305.jpg

Yerevanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar Respublika meydanına çıxıblar.


Femida.az-ın Trend-ə istinadən məlumatına görə, polis aksiyaçıları meydandan qovmağa nail olub.

Daha sonra, etirazçılar Nalbandyan və Sarqsyan küçələrinin kəsişmələrində, yolun ortasında oturmağa qərar veriblər. Buradan isə polis əməkdaşları etirazçıları əllərində səkiyə aparıblar.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək elektrik enerjisi tarifləri barədə qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.

Açar sözlər:

Oxunub: 1027