Atasını öldürüb, oğlunu qorumağa çalışır


14:21     30 İyul 2015 seyf-el-islam.jpg

Birləşmiş Millətlər Təşkilatı (BMT) Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu da daxil olmaqla, doqquz nəfərə ölüm cəzası kəsilməsinə görə yaman narahat olub.


Femida.az-ın məlumatına görə, bu barədə qurumun yaydığı bəyanatda deyilir. BMT və digər insan haqları qrupları bəyan edib ki, Tripolidə keçirilən məhkəmə prosesləri beynəlxalq standartlara uyğun olmayıb.
Qəddafinin oğlunu silahlı qruplaşmalardan biri əsir götürdüyündən onun barəsində qiyabi hökm çıxarılıb.
Liviya məhkəməsi 2011-ci il inqilabı zamanı baş vermiş hərbi cinayətlərlə bağlı Saif əl-İslam Qəddafi və daha 8 nəfərə ölüm cəzası kəsib. Onlar kütləvi çıxışların yatırılmasında ittiham olunurlar.

Açar sözlər:

Oxunub: 1539