AZAL-ın yubanan reysi Bakıya yola düşdü


03:08     26 Yanvar 2017 1440062617_azal.jpg

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin London-Bakı marşrutu ilə uçan təyyarəsi Londondan Bakıya yola düşüb.

Femida.az xəbər verir ki, bu barədə Trend-ə AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski deyib.

Xatırladaq ki, ötən gün AZAL aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1239