`ASAN qatar` fəaliyyətə başlayır - FOTOLAR
15:24 26 Yanvar 2017
Fevralın 1-dən etibarən "ASAN qatar" vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar xidmət göstəriləcək.
Femida.az xəbər verir ki, bu barədə “ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib.
O, bildirib ki, xidmətlər 4 dövlət orqanı ( Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunacaq.
Qeyd olunub ki, səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb. Səyyar "ASAN qatar"lar ölkəmizdə geniş dəmiryol şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Belə ki, "ASAN qatar" növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanacaq və əhaliyə xidmət göstərəcək", -deyə Anar Hüseynov bildirib.
Femida.az
Oxunub: 7402
Oxşar xəbərlər
- `ASAN xidmət` işçilərinin peşə bayramı günü təsis edilib
- `ASAN Xidmət`də Heydər Əliyevin xatirəsi anılıb
- `ASAN xidmət` Monteneqro mətbuatında
- `ASAN Xidmət` xeyriyyə aksiyası keçirib
- `ASAN xidmət` 1 gün işləməyəcək
- `ASAN xidmət`ə 18 milyonuncu müraciət qeydə alınıb
- `ASAN İmza` üzrə vahid tarif tətbiq edilib
- `ASAN Kommunal`dan daha bir YENİLİK
- `ASAN peşə` üçün qeydiyyat vaxtı uzadılıb
- `ASAN qatar` Siyəzəndə olacaq