İranın nüvə proqramı - TARİX


14:59     30 İyul 2015 1507796_10153908560835961_1122248609058089841_n.jpg

İranın nüvə proqramının təməlləri Mərkəzi Kəşfiyyat İdarəsi-nin dəstəyi ilə demokratik yolla seçilmiş Məhəmməd Mussadıqın devrilməsindən sonra iqtidara yenidən Məhəmməd Rza şah Pəhləvinin gətirilməsinə təsdadüf edir.


8 dekabr 1953-cü ildə İranda Sülh üçün Atom proqramının bir hissəsi olaraq ABŞ-ın köməkliyi ilə başladıldı. ABŞ-ın o zamanki prezidenti Duayt Eyzenhauer BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı atomun sülh məqsədləri üçün istifadə ediləcəyini bildirmişdi.

Bu proqram ABŞ-ın Sülh üçün Atom proqramının nəzarəti altında başladıldı. ABŞ SSRİ-yə qarşı nüvə gücündən istifadə etmək istədi. ABŞ bu işə Türkiyəni, İranı və Pakistanı da qoşmaq istədi.

Tehran və Vaşinqton arasında rəsmi olaraq 1957-ci ildə sülh məqsədləri üçün əməkdaşlığa dair müqavilə imzalandı.

Bundan 2 il sonra 1959-cu ildə Məhəmməd Rza şah Pəhləvinin tapşırığı ilə Tehran Universitetinin tərkibində Tehran Nüvə Araşdırmalar Mərkəzi (TNAM) yaradıldı. TNAM ABŞ tərəfindən təmin edilən 5 meqavatlıq nüvə araşdırma reaktoru ilə işləməyə başladı, və yüksək nisbətdə uran hazırlandı. 1968-ci ildə İran nüvənin sülh məqsədləri üçün istifadə edəcəyini sübut etmək üçün Nüvə Silahlarının Qarşısının Alınması Anlşamasını (NSQAA) imzaladı və 1970-cı ildə qəbul edildi. İran atom agentliyinin qurulması və NSQAA-nın təsdiqlənməsilə Şah ABŞ-ın köməkliyi ilə 23 nüvə stansiyasının hazırlanmasını nəzərdə tutan planları təsdiqlədi. Bu inkişafları görə ABŞ və Avropa şirkətləri bu proqrama şərik olmaq üçün bir biriləri ilə rəqabətə başladılar.



Ölkənin nüvə proqramına nəzarət etmək üçün Şahın tapşırığı ilə İran Atom Enerji Təşkilatı (İAET) yaradıldı. Ölkənin nüvə mütəxəssislərinə ehtiyacı olduğu üçün 1975-ci ildə Massaçusets Texnologiyalar Universitetinin tərkibində iranlı mütəxəssislər hazırlamaq üçün xüsusi proqram yaradıldı. Bu proqram İrana ilk nüvə mütəxəssislərini verdi.

1979-cu ildə İranda baş verən inqilabdan sonra ABŞ və İran münasibətləri qırıldı. ABŞ İranın regionda güclənməsinə icazə vermədi . Lakin İran günü gündən güclənməyə başladı bundan isə ən çox ABŞ-ın yaxın dostu İsrail narahat olmağa başladı.

İnqilabdan sonra bir müddətlik İran nüvə proqramını dayandırmışdı. Nəhayət 2011-ci ildə Rusiyanın köməkliyi ilə İranın ilk nüvə stansiyasını Buşehr I stansiyası fəaliyyətə başladı. Bundan sonra İran yeni 360 meqavatlıq stansiyasının Darxoveyndə fəaliyyət göstərəcəyini elan etdi. Rusiyanın podratçı şirkəti olan Atomenerjiqrup-un dediyinə görə Buşehr Nüvə Stansiyası var gücü ilə 2012-ci ilin sonlarından işləməyə başladı.

Nəhayət 2015-ci ildə İran və “altılıq” ölkələri arasında nüvə məsələsi ilə bağlı yekun razılıq əldə olundu. Aprelin 2-də Cenevrədə əldə olunmuş anlaşmaya əsasən yekun müqavilə üçün son tarix iyunun 30-da bitsə də, tərəflər müddəti uzatmışdılar. İyulun 14-də Vyanada 18 gün davam edən aramsız danışıqlar başa çatdı və tərəflər yekun anlaşmanı imzaladılar.

Açar sözlər:

Oxunub: 1802