Təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulub - Hakim işi geri qaytardı


16:58     26 Yanvar 2017 1398947325_mehkeme3.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Nail Bəkirov, Söhbət Bəkirov, Ərşad Mahmudov və Sərxan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.



Femida.az -ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. İclasda hakim bildirib ki, cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulub və cinayət işinin materiallarında kobud qanun pozuntuları var. Buna görə məhkəmə cinayət işinin ibtidai istintaqa qaytarılması, işi aparan 2 müstəntiq və 1 tədqiqatçı barəsində xüsusi qərardad çıxarılıb.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 177-ci(oğurluq) maddəsi ilə ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1701