Mərkəzi Bank zərərini özü ödəyəcək
16:53 24 Aprel 2015
Azərbaycan Mərkəzi Bankı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərəri özü ödəyəcək.
Femida.az bildirir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Republikası Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna əlavə edilməsi təklif edilən 13.2-ci maddəyə əsasən xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyyatları hesabına təmin olunur.
Qanunun 14.2-ci maddəsinə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabəna ödənilir.
Femida.az
Oxunub: 1118
Oxşar xəbərlər
- Mərkəzi Bankın sabiq sədr müavini nazir müşaviri oldu
- Mərkəzi Bank saxta əskinaslarla mübarizəni gücləndirir
- Mərkəzi Bankda yeni təyinat
- Mərkəzi Bank məlumat yaydı
- Mərkəzi Bank yeni məzənnəni açıqladı
- Mərkəzi Bank depozit hərracı keçirəcək
- Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi
- Mərkəzi Bank qalibin adını açıqladı
- Mərkəzi Bank depozit hərracı keçirdi
- Mərkəzi Bank 750 mln. manatı dövriyyədən çıxarıb