Ermənistan silah almaq istəyir


19:09     27 Yanvar 2017 Yerevan_170612_2.jpg

Ermənistan Rusiya tərəfi ilə 200 milyon dollar kredit çərçivəsində silah tədarükü ilə bağlı danışıqları davam etdirəcək.


Ermənistanın "Aysor" saytının verdiyi məlumata görə, bu barədə müdafiə naziri Vigen Sarkisyan deyib.

Nazir qeyd edib ki, Rusiya ilə qarşılıqlı fəaliyyət və KTMT çərçivəsində alınan silahlar Ermənistanın ehtiyacını ödəyə bilmir:

`Buna görə də biz həm Rusiya bazarında, həm də digər ölkələrdən olan tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində silahlı qüvvələrimizin ehtiyacını qarşılamaq üçün bütün imkanlardan istifadə edirik`.

Femida.az

Açar sözlər:

Oxunub: 2591