İnsan necə cinayətkar olur? – ARAŞDIRMA


18:15     30 İyul 2015 esas%20cin.jpg

Çoxları dünyada baş verən qloballaşma və inteqrasiya proseslərinin fonunda cinayətkarlığın da səviyyəsinin azalacağını düşünürdülər. Hər şey düşünüldüyü kimi olmadı.


90-cı illərdən başlayan qloballaşma və inteqrasiya prosesləri dünyada cinayətkar qruplaşmaların daha geniş şəkildə fəaliyyətinə şərait yaratdı. Bu isə öz növbəsində dünyada baş verən cinayət aktlarının miqyasının kəskin şəkildə artmasına gətirib çıxardı.

Bəs son dövrlər qloballaşma prosesinin də müşaiyyəti ilə dünyada baş verən cinayət aktlarının sayının artmasının səbəbi nədir? Ümumiyyətlə insanları cinayətkarlığa sövq edən amillər nələrdir?

İngiltərə alimləri dünyada baş verən cinayətlərin səbəblərini araşdırarkən 10 əsas amil üzərində durublar:

1. Əhalinin hədsiz artımı
2. Yoxsulluq
3. Siyasi səbəblər
4. İrqçilik
5. TV qəddarlığı
6. Ətraf region
7. Ailə şəraiti
8. Depressiya
9. Narkotik vasitələr
10. Ədalətsiz rejim

Əhalinin hədsiz artımı...

İngilis tədqiqatçılarının fikrincə, bir şəxsin cinayətkar olmasında əsas səbəblərdən biri əhalinin demoqrafik vəziyyəti ilə bağlıdır. Bu amil üzərində duran tədqiqatçılar əhalinin hədsiz artımı müşahidə olunan ölkələrdə cinayət aktlarının digər ölkələrə nisbətən daha çox törədildiyi qənaətinə gəlirlər. Bu fikrin isbatı kimi Banqladeşi, Nigeriyanı, Konqonu, Efiopiyanı, Hindistanı nümunə kimi göstərə bilərik. Adlarını çəkdiyim ölkələrdə əhalinin cianyət törətməyə meyilliliyi çox yüksək səviyyədə göstərilib.

Yoxsulluq...



İnsanları cinayət törətməyə vadar edən digər səbəb isə əhalinin yoxsulluq səviyyəsinin yüksək olmasıdır. Doğrudan da cüzi araşdırma apararkən məlum olur ki, əhalinin yoxsulluq səviyyəsinin yüksək olduğu ölkələrdə insanların cinayətə meyilliliyi də yüksək olur. Bunu əyani şəkildə belə izah edə bilərik: Ac bir insan hansı yolla olur-olsun, qidaya olan tələbatını ödəmək üçün mütləq ərzaq əldə etməlidir. Ac insanın bu ərzağı əldə etmək üçün cinayət törətməyə meyil etməsi də istisna edilmir.

Siyasi səbəblər...



Cinayətkarlığın artmasına imkan yaradan amillərdən biri də müxtəlif dövlətlərin, qruplaşmaların, təşkilatların tutduğu siyasi yolla bağlıdır. Müxtəlif quruplaşmaların, təşkilatların siyasi məqsədlərini həyata keçirmək üçün tətbiq etdikləri metod bir çox hallarda cinayətkarlığın ən dəhşətli forması olan terrorizmin meydana çıxmasına gətirib çıxarır. Danılmaz faktdır ki, gün ərzində dünyada onlarla terror aktı törədilir və nəticədə hər gün xeyli sayda insan bu terror aktlarının qurbanı olur.

İrqçilik faktoru...

İrqçilik faktoru da dünyada insanları cinayət törətməyə sövq edən amillərdəndir. Qaradərili insanlara qarşı bəzilərinin tutduğu mövqe bir çox hallarda cinayət aktının törədilməsi ilə nəticələnir. Son dövrlər bir sıra ölkələrdə, xüsusilə də ABŞ-da diskriminasiya hallarının artması müşahidə olunur. ABŞ-da qaradərililərə qarşı dövlət səviyyəsində tətbiq olunan ayrıseçkilik bu ölkədə cinayətkarlığın səviyyəsinin artmasına səbəb olan ən böyük amidir.

Televiziya zorakılığı...



İngililtərə tədqiqatçılarının fikrincə, televiziya ekranlarında nümayiş olunan zorakılıq ünsürləri ilə dolu TV yayımları xüsusilə gəncləri cinayətkar olmağa sövq edən amillərdəndir. Son dövrlər televiziya ekranlarında zorakılıq aktları ilə müşahidə olunan tv proqramlarının sayının artması öz növbəsində cinayətkarlığın miqyasının genişlənməsinə gətirib çıxardı.

Region faktoru..



Cinayətkarlığın miqyasının genişlənməsində regionan faktorların rolu danılmazdır. Bəzi regionlar var ki, cinayət törətməyə daha meyilli hesab edilir. Bu regionlarda dünyaya gələn uşaqların oyuncaqları da odlu silahlar olur. Heç şübhəsiz belə oyuncaqlarla oynamaq gələcəkdə cinayət törətməyə meyilli şəxslərin formalaşdırılmasına gətirib çıxarır. Bu gün cinayət törətməyə meyilli regionlara Yaxın Şərq, Mərkəzi Amerika, Mərkəzi Afrika, Cənub-Şərqi Asiya regionlarını aid edə bilərik. Bu gün İraqda, Suriyada, Meksikada, Nigeriyada, Banqladeşdə, Vyetnamda, Laosda, Kambocada cinayət aktlarının törədilməsi əhalinin gündəlik həyat tərzinə çevrilib.

Ailə şəraiti...



Tədqiqatçıların fikrincə ailə daxili münaqişələrin sonu bir cinayətkarın yetişməsi ilə nəticələnə bilər. Valideynləri tərəfindən zorakılığa məruz qalan, sevgi, qayğı görməyən uşaqlar son nəticədə cinayətkarlığa meyillənirlər. Tədqiqatçılar hətta ən dəhşətli və “manyak” cinayətkarların məhz bu amillərdən təsirlənib cinayət törətməyə meyilləndikləri qənaətinə gəlirlər. Bəzi hallarda həmin cinayətkarlar cinayət törətməkdən zövq alırlar.

Depressiya...



Depressiya və psixi pozğunluqlar insanları cinayətkar olmağa vadar edən amilləərdən biridir. İnsanların ağır psixoloji durumu və depressiyaya düşməsi bir çox hallarda onları cinayət törətməyə sövq edir. Həmin insanlar bir çox hallarda hətta özlərinə də xəsarət yetirə bilirlər. Ağır psixoloji sarsıntılara uğramış şəxslərlə gərgin mübahisə etmək, onlara nəyisə zorla inandırmaq çox təhlükəlidir. Çünki psixologiyası pozulmuş insanlar həm özlərinə, həm də ki qarşısındakı şəxslərə asanlıqla xəsarət yetirə bilərlər.

Narkotik vasitələr...



Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin artması və insanlarda bu vasitələrə aludəçiliyin yaranması insanların cinayətkarlığa meyillənməsinə səbəb olur. Narkotik vasitələrin aludəçisi olan bir şəx hər nə yolla olur-olsun, narkotikanı əldə etməyə çalışır. Bu yolda cinayət törətməkdən belə çəkinmir. Narkotik vasitələrin çox istifadə olunduğu ölkələrdə kriminal qruplaşmalar yaranır. Bu qruplaşmalar narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və müxtəlif qeyri-qanuni əməllərlə məşğul olurlar.

Ədalətsiz siyasi rejim...

İnsanların yaşadığı dövlətdəki siyasi rejim bəzi hallarda cinayətkarlığa səbəb olan amillərdən biri kimi göstərilir. Ədalətsiz cəmiyyətin qurulduğu, demokratiya və insan hüquq və azadlıqlarının boğulduğu, totalitar cəmiyyətlərdə insanlar cinayət törətməyə daha meyilli olurlar. Qapalı ölkələrə baxsaq, görərik ki, həmin ölkələrdə törədilən cinayət aktlarının sayı digər ölkələrə nisbətən çoxluq təşkil edir.

Tədqiqatçıların fikrincə, dünyada ən çox cinayət törədilən ölkələr siyahısına Uganda, Efiopiya, Zambiya, Şimali Koreya, Əfqanıstan, İraq, Suriya və Meksikanı daxil edə bilərik. Adlarını çəkdiyim ölkələr insan alveri, qaçaqmalçılıq, mafia hesablaşmaları, teror aktları və s. cinayətlərdən xeyli əziyyət çəkirlər.

Təhlükəsizlik sisteminin yüksək səviyyədə təşkil olunmasına baxmayraq bir sıra Avropa ölkələrində cinayətkarlığın səviyyəsi çox yüksəkdir. Almaniya güclü iqtisadi, sosial infrastruktutu olmasına baxmayaraq cinayətkarlıqdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Dini ayrıseçkilik, müsəlmanlara qarşı fərqli münasibətin bəslənilməsi bu ölkədə ciddi cinayət aktlarının törədilməsinə gətirib çıxarır.



İtaliya mafioz qruplaşmalardan ən çox əziyyət çəkən ölkələrin başında gəlir. Bu ölkədə hər il minlərlə insan mafia hesablşmalarının qurbanı olur. Əhalinin yaşayış səviyyəsi çox yüksək olan Kanadada hər il 1 milyon insan zorakılığın, insan alverinin qurbanı olur. Özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ-da hər il yüzlərlə insan polis zorakılığının qurbanı olur.

İstinad olunub:

www.washingtonpost.com
www.bild.de

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2624