Qubadlı sakinindən narkotik götürülüb


20:11     28 Yanvar 2017 2015-04-29-15-07-19narkotik.jpg

Qubadlı rayonu sakinindən narkotik vasitə götürülüb.


Femida.az DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qubadlı rayon sakini Elsevər Sultanovun Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı 102 qram heroin, 2,452 qram tiryək, 13,080 qram "Metamfetan" və 1 ədəd istifadəyə yararsız qaz tapançası aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 1002