Türkiyə daha 3 şəhid verdi – Təcili


20:32     30 İyul 2015 manset268910-14385-33536.jpg


Türkiyənin Şırnak vilayətində hərbçilər terror hücumuna məruz qalıb.

Femida.az-ın məlumatına görə, terrorçular vilayətdə yerləşən Görməc hərbi bazasında yola nəzarət edən hərbçilərə atəş açıblar. Nəticədə 3 hərbçi şəhid olub. Onlardan biri zabit, ikisi əsgərdir.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, separatçı terrorçular hərbçilərə silahlı hücum ediblər. Nəticədə Silahlı Qüvvələrin 3 hərbçisi ölüb, açılan cavab atəşi ilə 1 terrorçu məhv edilib.

Açar sözlər:

Oxunub: 872