“PKK-nın ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq”


20:52     30 İyul 2015 başbakan-ahmet-davutoğlu-okullarda-üzüm-dağıtılacak.jpg

“PKK-nın soyuq müharibə vaxtı kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq”.


Femida.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Baş nazirin sözlərinə görə, Türkiyə bir daha 90-cı illərə qayıtmayacaq.

Ə. Davudoğlu Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa da ismarıclar göndərib: “Siyasətlə məşğul olanlar öz mövqelərini müəyyənləşdirmək məcburiyyətindədir. Bu hücumlar hamımıza qarşı edilib. Ancaq siz arxanızı o hücumları təşkil edənlərə söykəyəcəksinizsə, biz də söykəndiyiniz divarları, dağları yerlə-yeksan edəcəyik. Artıq HDP seçimini etməlidir”. /APA/

Açar sözlər:

Oxunub: 981