“Türk axını“nın tikintisi təxirə salına bilər“ -Nazir


01:33     31 İyul 2015 359878.jpg

"Türk axını" təbii qaz boru kəmərinin birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanması gecikdiyi təqdirdə bu layihənin həyata keçirilməsi təxirə salına bilər.


APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Jurnalistlərin "Türk axını"nın gecikmə riski ilə bağlı sualını cavablandıran rusiyalı nazir belə bir riskin olduğunu qeyd edib: "Əgər "Türk axını" birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanmasında gecikmə olarsa, o zaman layihənin gerçəkləşdirilməsi müddətində də gecikmə riski olacaq. Orada tikinti başlamayacaqsa, təbii ki, təxirə salınacaq".

Qeyd edək ki, Rusiya "Türk axını" nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib.

Açar sözlər:

Oxunub: 560