Azərbaycanda qiymətli kağızları buraxılacaq


23:30     01 Fevral 2017 meclis9.jpg

Azərbaycanda sənədli investisiya qiymətli kağızları buraxılacaq.


Femida.az -ın məlumatına görə, bu məsələ Milli Məclisin plenar iclasında qəbul edilən “Qiymətli kağızlar bazarı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Dəyişikliyə görə, investisiya qiymətli kağızları sənədsiz və ya sənədli olmaqla, adlı formada buraxılacaq. Sənədsiz investisiya qiymətli kağızları mərkəzi depozitarda saxlanılmalıdır.

İnvestisiya qiymətli kağızları sənədli formada buraxılan zaman dövlət qeydiyyatına alınması və emisiya prospektinin təsdiq edilməsi üçün sertfikatının nümunəsi tələb olunacaq.

Açar sözlər:

Oxunub: 841